Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 12 oktyabr 2022-ci il tarixdə Qaravəlli kəndində növbəti səyyar qəbul keçirib

12 oktyabr 2022 | 14:48

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 12 oktyabr 2022-ci il tarixdə Qaravəlli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Qaravəlli kəndinin telefon və internetlə təmin olunması, kənd ümumi orta məktəbində istilik sisteminin quraşdırılması və məktəbin ixtisaslı fənn müəllimləri ilə təmin olunması, kəndin elektrik təsərrüfatının yenidən qurulması, subartezian quyusunun təmiri, ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər