Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 12 iyul 2023-cü il tarixdə Nüydü kənd sakinləri üçün səyyar qəbul keçirib

14 iyul 2023 | 12:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 12 iyul 2023-cü il tarixdə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nüydü kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Nüydü kəndində elektrik, rabitə və internet xidmətləri, təbii qaz, içməli su ilə təchizatının yaxşılaşdırılması, torpaq sahəsinin zəbt olunması, giriş avtomobil yolunun təmiri, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi, taxıl biçini ilə əlaqədar kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
    Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər