Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 12 aprel 2023-cü il tarixdə Abasxanlı və Qiyaslı kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 12 aprel 2023-cü il tarixdə Abasxanlı və Qiyaslı kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Abasxanlı və Qiyaslı kəndlərinin elektrik, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi yardım olunması, verilən təbii qazın təzyiqinin artırılması, kənd məktəbləri üçün əlavə sinif otaqları, idman və akt zallarının tikilməsi, Abasxanlı kəndində tibb məntəqəsinin tikintisi, Qiyaslı kənd ümumi orta məktəbinə təbii qazın verilməsi, kəndin telefon və internet xidmətləri ilə təmin olunması, imtiyazlı şəxs kimi vətəndaşa mənzil verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.