Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 11 may 2023-cü il tarixdə Cəfərli kəndində səyyar qəbul keçirib

11 may 2023 | 17:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11 may 2023-cü il tarixdə Cəfərli kəndində səyyar qəbul keçirib.
    Səyyar qəbulda vətəndaşlar tərəfindən Cəfərli kəndinin elektrik, təbii qaz, içməli və suvarma suyu ilə təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımının verilməsi, kənddə tibb məntəqəsinin tikintisi, kəndin avtomobil yolunun cari təmiri, vətəndaşa torpaq sahəsinin çıxarış sənədinin verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər