Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 10.01.2024-cü il tarixdə Ərəbuşağı və Gəgəli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

11 yanvar 2024 | 17:20

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 10 yanvar 2024-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbuşağı və Gəgəli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Ərəbuşağı və Gəgəli kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, kəndlərin giriş avtomobil yollarının asfatlaşdırılması, Gəgəli kəndində tibb məntəqəsinin inşası, işlə təminat, ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər