Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 10 avqust 2022-ci il tarixdə Maşadqanlı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Maşadqanlı kəndində növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda vətəndaşlar tərəfindən Maşadqanlı kəndinin içməli su təchizatının yaxşılaşdırılması, Aratlı Curuğlu kəndində artezian quyusunun və zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin təmiri, Maşadqanlı kəndində internetə qoşulmanın təmin olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.