Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 09 mart 2023-cü il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib

10 mart 2023 | 15:45

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 09 mart 2023-cü il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən fərdi yaşayış evi ilə təminat, mini futbol meydançasının yaradılması, bir sıra küçələrdə işıqlandırılma sisteminin quraşdırılması və yolların asfaltlaşdırılması, Reabilitasiya mərkəzinin yaradılması, elektrik və içməli su təchizatında olan nasazlıqların aradan qaldırılması, çoxmərtəbəli binanın su navalçasının təmizlənməsi və pilləkən qəfəsində cari təmir işlərinin görülməsi, işlə təminat, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər