Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 08 iyun 2023-cü il tarixdə Qaradağ kəndində səyyar qəbul keçirib

08 iyun 2023 | 18:47

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 08 iyun 2023-cü il tarixdə Qaradağ kəndində səyyar qəbul keçirib.
      Səyyar qəbulda vətəndaşlar tərəfindən Qaradağ kəndinin elektrik, təbii qaz, suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi kömək olunması və ünvanlı dövlət sosial yardımının verilməsi, kənddə tibb məntəqəsinin tikintisi, kənd ümumi orta məktəbinin təmiri, qəyyumluq məsələsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər