Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 08 iyun 2022-ci il tarixdə Xanbulaq kəndində səyyar qəbul keçirib

08 iyun 2022 | 18:35

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 08 iyun 2022-ci il tarixdə Xanbulaq kəndində növbəti səyyar qəbul keçirib.
     Qəbulda vətəndaşlar tərəfindən Xanbulaq kəndinə verilən təbii qazın təzyiqinin tənzimlənməsi, kəndin giriş avtomobil yollarının (asfalt örtüyü yararsız vəziyyətə düşən və torpaq yol) təmiri, kəndin içməli su təchizatının yaxşılaşdırılması, internet xəttinə qoşulma, işlə təminat və maddi kömək göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin əksəriyyəti yerində həll edilib, bir sıra müraciətlərin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər