Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 08 fevral 2023-cü il tarixdə Muradlı kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 08 fevral 2023-cü il tarixdə Muradlı kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Təklə kəndinin giriş avtomobil yolunun əsaslı təmiri, kəndin elektrik və içməli su təchizatının yaxşılaşdırılması, vətəndaşa məxsus taxıl sahəsinin mal-qaradan mühafizə olunması, zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evinin bərpası, Təklə kəndindən olan şəhid Qadir Kərimovun məzarının yenilənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.