Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 07 iyul 2022-ci il tarixdə Xəlilli kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 07 iyul 2022-ci il tarixdə Xəlilli kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Xəlilli kəndinin stasionar telefon xətti və internet şəbəkəsi ilə təmin olunması, kənddə tibb məntəqəsinin tikintisi, köhnəlmiş elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, Mustafalı kəndi ərazisindən keçən “Asma kanalın” lildən təmizlənməsi, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.