Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 07 dekabr 2022-ci il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 07 dekabr 2022-ci il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən ictimai yaşayış binalarının içməli su ilə təchizatının yaxşılaşdırılması, Ağsu şəhərinin qərb hissəsində, eləcə də M.Ə.Rəsulzadə küçəsinə paralel yeni salınmış küçələrin asfaltlaşdırıması, şəhər ərazisindən keçən "El arxı"nın lildən təmizlənməsi, şəhərin qərb tərəfindəki küçələrdə işiqlandırma sisteminin quraşdırılması, rayon mərkəzi xəstəxanasının yaxınlığında yol kənarında dayanacaq quraşdırılması, şəhər 2 saylı uşaq bağçasına təbii qazın verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin bir qismi yerində həll edilib, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.