Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 06 dekabr 2023-cü il tarixdə Kalva kəndində səyyar qəbul keçirib

07 dekabr 2023 | 19:03

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 06 dekabr 2023-cü il tarixdə Kalva kəndində səyyar qəbul keçirib.
      Səyyar qəbulda vətəndaşlar tərəfindən Kalva kənd Mədəniyyət evi üçün yeni binanın tikilməsi, sakinlərə həyətyanı torpaq sahəsinin ayrılması, kənddə poçt məntəqəsinin fəaliyyətinin bərpası, elektrik, içməli su ilə təchizatın yaxşılaşdırılması, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin bərpası, bir sıra sakinlərin işlə təminatı və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
      Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər