Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 05 oktyabr 2022-ci il tarixdə Ərəbsarvan kəndində növbəti səyyar qəbul keçirib

06 oktyabr 2022 | 15:08

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 05 oktyabr 2022-ci il tarixdə Ərəbsarvan kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Hacıqədirli kəndinin daxili avtomobil yollarının təmiri və tibb məntəqəsi üçün yeni binanın tikintisi, Ərəbsarvan və Hacıqədirli kəndlərinin telefon və internetlə tam təmin olunması, Hacıqədirli kəndində suvarma arxlarının lildən təmizlənməsi, işlə təminat, Ərəbsarvan kənd ümumi orta məktəbinin həyətyanı sahəsində abadlıq işlərinin aparılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər