Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 05 iyul 2023-cü il tarixdə Xanbulaq kənd sakinləri üçün səyyar qəbul keçirib

06 iyul 2023 | 16:05

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 05 iyul 2023-cü il tarixdə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Xanbulaq kənd sakinləri üçün səyyar qəbul keçirib.

     Səyyar qəbulda vətəndaşlar tərəfindən Xanbulaq kənd inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə elektrik, rabitə və internet xidmətləri, təbii qaz, içməli su ilə təchizatının yaxşılaşdırılması, giriş avtomobil yollarının təmiri, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, taxıl biçini ilə əlaqədar kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

    Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər