Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 02 noyabr 2023-cü il tarixdə Qaraqaşlı kənd sakinləri üçün səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 02 noyabr 2023-cü il tarixdə Qaraqaşlı kənd sakinləri üçün səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, avtomobil yolunun təmiri, Acı çayının lildən təmizlənməsi işlərinin aparılması, maddi yardım edilməsi, bir sıra sakinlərin işlə təminatı və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.