Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 02 noyabr 2022-ci il tarixdə Qaraməmmədli kəndində vətəndaşları qəbul edib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 02 noyabr 2022-ci il tarixdə Qaraməmmədli kəndində vətəndaşları qəbul edib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Qaraməmmədli kəndinin giriş avtomobil yolu üzərində dayanacağın inşası, kəndin müasir tələblərə cavab verən telefon və internet xidmətləri ilə təmin olunması, Navahı kəndində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması, kənd yolunun kənarında avtomobillərin gediş-gəlişiniə təhlükə yaradan elektrik dayağının yerinin dəyişdirilməsi, kənd ibtidai məktəbinin binasına təbii qaz xəttinin çəkilməsi və yaxınlığına içməli su bulağının quraşdırılması, kənd daxili yolların asfaltlaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən bütün sakinlər bu ilin oktyabr ayında Qaraməmmədli kəndinin giriş avtomobil yolunda, eləcə də kənd ibtidai məktəbinə gedən yolda asfaltlaşdırma işləri aparıldığına görə razılıqlarını ifadə ediblər.