Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 01 mart 2023-cü il tarixdə Padarqışlaq kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 01 mart 2023-cü il tarixdə Padarqışlaq kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən magistral avtomobil yolunun Padarqışlaq kəndi ərazisindən keçən hissəsində sürət radarının quraşdırılması, Padarqışlaq kənd tam orta məktəbi və kənd tibb məntəqəsi üçün yeni binaların tikintisi, kəndin elektrik, rabitə və internet xidmətinin, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, maddi yardım, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.