Ağsu Rayon İcra Hakimiyyətində buraxılış imtahanında ən yüksək nəticə göstərən şagirdlə görüş keçirilib
23.04.2025-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində buraxılış imtahanında ən yüksək nəticə göstərən Ağsu rayon İlxıçı kənd tam orta məktəbin XI sinif şagirdi Rəhimova Xədicə Toğrul qızı ilə görüş keçirilib. Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Elçin Mirzəbəyli, RİH–nin məsul vəzifəli şəxsləri və şagirdin təhsil aldığı məktəbin direktoru və sinif rəhbəri iştirak etmişlər.
Qeyd edək ki, respublika üzrə buraxılış imtahanında ən yüksək bal toplayan (300 bal) məktəblilərdən biri də Ağsu rayon İlxıçı kənd tam orta məktəbin XI sinif şagirdi Rəhimova Xədicə Toğrul qızı olmuşdur.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Elçin Mirzəbəyli, RİH–nin məsul vəzifəli şəxsləri Xədicə Rəhimovanı qazandığı uğur münasibəti ilə təbrik etmişlər. Görüş zamanı RİH başçısı Rövşən Bağırov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətindən və bu sahədə gənclərin əldə etdikləri uğurlardan söz açmışdır.
Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və millət vəkili Elçin Mirzəbəyli buraxılış imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplayan Xədicə Rəhimovaya bu nailiyyəti münasibəti ilə qiymətli hədiyyələr təqdim ediblər və ali təhsil müəssisələrinə qəbul üçün qarşıdan gələn imtahanlarda ona uğurlar arzulayıblar.