Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 500-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

19 avqust 2022 | 19:23

     Ağsu Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 500-dən yüksək bal toplayan abituriyentlərlə görüş olub. Tədbirdə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev iştirak ediblər.

     Görüşdə RİH başçısı Rövşən Bağırov çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıb. Regional təhsil idarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev çıxışında Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacib olduğunu bildirib və əvvəlki ilə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, məzunlardan 17 nəfər 500-dən, 3 nəfər isə 600-dən yuxarı nəticə göstəriblər. Bir nəfər məzun qızıl medal və attestata layiq görülüb. R.Əliyev, eləcə də Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədov rayonda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıda duran vəsifələrdən danışıblar.

     Tədbirin sonunda yüksək bal toplayan məzunlara rayon icra hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil idarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilib.

 

Keçidlər