Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon yığıncağı keçirilib

19 yanvar 2023 | 17:12

     Yanvarın 19-da Ağsu RİH-in iclas zalında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda ümumrayon yığıncağı keçirilib.

    Yığıncaq Ulu öndər Heydər Əliyevin, Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

     Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu prosesə fəal qoşulmasından, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyindəki bəyanatından sonra xüsusi vüsət aldı.

Keçidlər