Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətində 13 fevral 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilib

13 fevral 2024 | 15:50

     Ağsu Rayon İcra Hakimiyyətində 13 fevral 2024-cü il tarixdə vətəndaş qəbulu keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid ailələri, qazilər və bir qrup rayon sakinlərini fərdi qayda da qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
     Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin qısa müddətdə ətraflı araşdırılaraq zəruri tədbirlər görülməsi üçün RİH başçısı tərəfindən qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
     Qəbulda iştirak etmiş vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər