Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon Heydər Əliyev Mərkəzində “Gender əsaslı zorakılıqla mübarizə” kompaniyasının keçirilməsinin təşkili məqsədilə tədbir keçirilib

28 noyabr 2022 | 15:54

      28 noyabr 2022-ci il tarixdə Ağsu rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gender əsaslı zorakılıqla mübarizə” kompaniyasının keçirilməsinin təşkili məqsədilə tədbir keçirilib.

     Yığıncaqda iştirak edən Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva tədbir iştirakçılarına mövzu ilə bağlı məlumat verərək bildirib ki, Gender əsaslı zorakılıq adətən fiziki, psixoloji, cinsi, iqtisadi, hüquqi, siyasi, sosial və digər nəzarət formalarından istifadə və ya bunlarla təhdid kimi səciyyələnir.

          Ağsu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Tacızadə Kənan çıxış edərək  bildirib ki, 2010-cu ildə Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilib.  Qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülməkdədir.

         Ağsu şəhər 1 saylı məktəb-liseyin psixoloqu Səkinə Mirzəyeva çıxışında qeyd edib ki, erkən nikah da günümüzün ən aktual problemlərindən biridir. Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir.

         Tədbirin sonunda Ağsu rayon Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara “Gender əsaslı zorakılıqla mübarizə” kompaniyasının keçirilməsi ilə əlaqədar bukletlər və hədiyyələr paylanılıb.

 

Keçidlər