Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon Heydər Əliyev Mərkəzində "Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

24 noyabr 2022 | 13:02

     Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında "Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, RİH-nin əməkdaşları, rayonunun bir sıra təşkilatlarının rəhbər və əməkdaşları, gənclər iştirak edib.

     RİH başçısının müavini Sevil Mirzəliyeva çıxışında müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə, həmçinin sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyətindən və dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu və bu problemin qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd etmişdir.

     Digər natiqlər çıxışlarında qeyd ediblər ki, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı diqqətə çatdılırıb.

 

Keçidlər