Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon Gənclər və İdman İdarəsinin və rayon Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən məktəbli şahmatçıların rayon birinciliyinin qalibləri məlum olub. Rayon birinciliyi 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilib.

17 oktyabr 2015 | 10:00

Ağsu şəhəri  və kənd məktəblərindən 6-16 yaşa qədər 51 nəfər şagirdin iştirak etdiyi yarışlar 3 yaş qrupunda dairəvi sistem üzrə keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlara oktyabrın 17-də yekun vurulub. Hər 3 yaş qrupunda I, II və III yeri tutan məktəbli şahmatçılara Gənclər və İdman İdarəsinin və Şahmat məktəbinin diplomları verilib.

Keçidlər