İlk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Ağsu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə növbəti parlament seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Gənclər Mərkəzində keçirilən görüşü rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Firəngiz Məmmədova açaraq, parlament seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Görüşdə rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəmaləddin Zeynalov gəncləri bu mühüm kampaniyada fəal olmağa çağırıb.
87 saylı Ağsu-İsmayıllı dairə seçki komissiyasının üzvü Bəhruzə Əfəndiyeva vətəndaşların səsvermə hüquqlarından, səsvermədə onların öz seçimlərini sərbəst etmələri üçün təlimata müvafiq olaraq məntəqələrdə yaradılan şəraitdən danışıb.