Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 5 oktyabr - Beynəlxalq “Müəllim günü” qeyd edilmişdir

05 oktyabr 2015 | 10:00

5 oktyabr  2015-ci il tarixdə  Beynəlxalq  “Müəllim  günü”  ilə  əlaqədar  Ağsu bələdiyyəsinin Akt zalında rayon  müəllimləri  üçün  bayram  tədbiri keçrilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Mirzəliyeva   ilk öncə rayonun ümumtəhsil müəssisələrində çalışan müəllimləri peşə bayramı münasibətilə təbrik etdi. Sonra S. Mirzəliyeva  ölkə  başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezideni, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğı  sayəsində rayonda 23 təhsil ocağının tikilib istifadəyə verildiyini, məktəblərin maddi texniki bazasının yüksəlməsini və ən əsası şagirdlərin pulsuz kitablarla təmin olunduğunu və bu işlərin daha da inkişaf edəcəyini qeyd etdi.
Sonra rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi  ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün verdiyi sərəncam və qanunların, müəllimlərə  verilən qiymətin nəticəsi olaraq qabaqcıl müəllimlərin mükafatlandırılmasını, müxtəlif adların verilməsini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda təhsilinin, gənc nəsilin sağlam və bir vətəndaş kimi yetişməsindəki rolunu da qeyd etdi.
  Sonra rayon təhsil Şöbəsinin  müdir müavini  Adil  Kərimov çıxış edərək ölkəmizdə təhsilin inkişaf etdirilməsində ölkə başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya rayon müəllimləri adından minnətdarlığını bildirdi.          A. Kərimov bu il 2014/2015 – ci tədris ilində ali məktəblərə qəbul nailiyyətlərdən danışaraq   102 nəfər şagirdin tələbə adını qazandığını bildirdi.
Tədbirdə Bico kənd  tam  orta  məktəbin  direktoru Yaşar Qarayev,    şəhər 1 №-li məktəb-liseyin müəllimi Məhəmməd Mirzəyev də çıxış edərək müəllimləri bu əlamətdar gün münasibətilə təbrik etdilər.
Sonra Ağsu   rayon Təhsil şöbəsi tərəfindən rayonun 6 nəfər  qabaqçıl müəlliminə  fəxri fərman və diplomlar təqdim olundu. 

Keçidlər