Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunan konfransı keçirilib

02 sentyabr 2015 | 10:00

Ağsu rayon Mədəniyyət.sarayında keçirilən Konfransda rayon təhsil şöbəsinin müdiri Tahir Xasının hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Qeyd olunub ki, ötən dərs ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 17 ibtidai məktəb fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində 8433 nəfər şagird təhsilə cəlb edilib, onların təlim-tərbiyəsi ilə 1066 müəllim məşğul olub. Ali məktəblərə qəbul olunan məzunların sayı 2009-cu ildəki 29 nəfərdən bu il 102 nəfərə çatıb.
Məruzə və çıxışlarda son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunub. Bildirilib ki, ötən dərs ilində Muradlı, Dilman və Keçidməz kəndlərində hər biri 80 yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Qarşıdakı dərs ilində 6000-dən çox şagird və ya bütün şagird kontingentinin 65 faizi yeni tikilən və ya əsaslı təmir olunan məktəblərdə təhsil alacaq.
Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva və Təhsil Nazirliyinin məktəbəqədər ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov çıxış ediblər.
Sonda bu il ali məktəblərə yüksək balla qəbul olunan məzunlara rayon icra hakimiyyətinin və təhsil şöbəsinin mükafatları verilib.

Keçidlər