Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü təntənəli surətdə qeyd olunmuşdur

13 iyun 2015 | 10:00

İctimaiyyətin çoxsaylı nümayəndələrinin, o cümlədən veteranların, gənclərin, ziyalıların təmsil olunduqları böyük izdiham iyunun 13-də səhər saatlarında Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gələrək burada Ümummilli Liderimizin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
Sonra mərasim Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqla davam etdirilib. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qaydışının müasir müstəqil Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tarixi qayıdışla bağlı videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyəti başçısının  müavini  Sevil Mirzəliyeva  “Müasir Azərbaycan tarixinin şanlı səhifəsi--Milli Qurtuluş Günü” mövzusunda məruzə edib, çıxışlar dinlənilib. Vurğulanıb ki, 22 il əvvəl, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə Bakıya gəlib, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bu hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan parlamenti 1997-ci il iyunun 27-də həmin günü Milli Qurtuluş Günü elan edib.
Vurğulanıb ki, məhz bu tarixi qayıdışdan sonra ümumilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin və seperatçı meyllərin qarşısı alınıb, siyasi sabitlik yaranıb.
Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Cəbhədə atəşkəs təmin edilib. Dövrün tələbinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu sahəsində  gərgin fəaliyyətə başlanılıb. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizdə iqtisadi dirçəlişin əsası qoyulub.
Məruzə və çıxışlarda bu gün “Bakı-2015” birinci Avropa Oyunları kimi möhtəşəm beynəlxalq idman tədbirinə  ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı  uğurları diqqətə çatdıran natiqlər bütün bunları böyük qurtuluşun--ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqımıza verdiyi zəngin xəzinə, tükənməz nemət kimi dəyərləndiriblər.

Keçidlər