Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər parkında İlaxır çərşənbə Novruzun gəlişi kütləvi şənlik və müxtəlif mərasimlərlə qeyd olunub.

17 mart 2015 | 11:00

Martın 17-də axşamüstü bayramsayağı bəzədilən, bahar təravətli parka minlərlə sakin - ahıllar, gənclər, yeniyetmələr və uşaqlar toplaşmışdılar.

Əvvəlcə rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edərək, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq, ölkəmizin tərəqqisi naminə əzmkarlıq arzulayıblar.

Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırıldı. Yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılandı.

Şən mahnılar, Kosa və Keçəlin zarafatları, idmançıların çıxışları ilə davam edən bayram şənliyi iştirakçılarda unudulmaz təəssürat, gözəl əhval-ruhiyyə yaratdı.
 

Keçidlər