Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Muradlı kəndində vətəndaşların səyyar qəbulunu keçirib

31 mart 2022 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 31 mart 2022-ci il tarixdə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Muradlı kəndində vətəndaşları qəbul edib. Əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqrımı günü ilə əlaqədar soyqırımın qurbanı olmuş həmvətənlərimizin, həmçinin torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən Muradlı kənd orta məktəbinin kanalizasiya sistemində yaranmış nasazlığın aradan qaldırılması, Təklə kəndinin giriş yolunun təmiri, ərazi dairəsinə aid olan kəndlərdə elektrik və qaz təchizatının, eləcə də əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması, Muradlı kəndində subartezian quyusunun təmiri, yeni tikilmiş fərdi yaşayış evinin təbii qaz xəti ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
 Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər