Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd olunub

18 mart 2022 | 11:00

Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib.
  Martın 18-də rayon rəsmiləri və ictimaiyyət nümayəndələri şəhərin mərkəzində bayramsayağı bəzədilən Heydər Parkından keçərək Mədəniyyət sarayına gəliblər. Sarayın foyesində gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, milli geyimlərinin sərgiləri böyük maraqla qarşılanıb.
  Bayramsayağı bəzədilən salonda aparıcı Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında Ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident cənab İlham Əliyevin böyük xidmətləri vurğulanıb.
  Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Novruz bayramı münasibətilə iştirakçıları, bütün ağsuluları təbrik edib.
  Sonra bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, nağaraçıların çıxışları, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.

 

Keçidlər