Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Növcü kəndində növbəti səyyar qəbul keçirib

09 mart 2022 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Növcü kəndində növbəti səyyar qəbul keçirib.
   Qəbulda vətəndaşlar tərəfindən fərdi yaşayış evinin təmiri üçün maddi yardım göstərilməsi, işlə təmin edilmək, kəndin elektrik təchizatının yaxşılaşdırılması, telefon rabitəsi və genişzolaqlı internetlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
   Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər