Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
25 fevral 2022 | 11:00
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 25 fevral 2022-ci il tarixdə vətəndaşların növbəti qəbulunu keçirilib. RİH başçısı bir qrup şəhid ailəsi, Vətən müharibəsi iştirakçılarını və rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşlara qaldırdıqları məsələlərin həlli, xahiş və müraciətlərinin yerinə yetirilməsi istiqamətində müvafiq köməklik göstərilib.