Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda YAP rayon təşkilatının yeni sədrinin təqdimetmə mərasimi keçirilib

14 fevral 2022 | 11:00

Ağsu rayonunda YAP rayon təşkilatına yeni sədr təyin olunan Füzuli Abdullayevin təqdimetmə mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı, əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
  Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında yaradılan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini, bu gün ölkəmizin ictimai-siyasi həyatında böyük bir qüvvə olduğunu bildirib. İcra başçısı Füzuli Abdullayevin təcrübəli kadr olduğunu vurğulayaraq, YAP Ağsu rayon təşkilatına sədr təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
  Füzuli Abdullayev çıxış edərək göstərilən etimadı layiqincə doğruldacağını vurğulayıb, Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, keçdiyi çox böyük və şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.
  Tədbirdə çıxış edənlər YAP  rayon təşkilatının yeni sədrini təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.

Keçidlər