Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub

12 dekabr 2021 | 11:00

Dekabrın 12-də Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ehtiramla yad edilib.
  Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, heykəli önünə tər qərənfillər düzüblər.
  Tədbir iştirakçıları Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoguşələrə baxıblar. Dahi rəhbərə həsr olunan filmi izləyiblər.
  Anım tədbirində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxarıb, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün məqsədyönlü addımlar atıb. Bu gün regionun ən qüdrətli ölkəsi kimi tanınan Azərbaycan, məhz Ulu Öndərin öz xalqına bəxş etdiyi böyük sərvətdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər