Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Ağsuda veteranlarla görüş keçirilib.

08 may 2015 | 10:00

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsində çay süfrəsi arxasında keçirilən görüşü rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq veteranları təbrik edib, ölkəmizdə onlara göstərilən dövlət qayğısından danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov, rayon veteranlar təşkilatının sədri Camaləddin Zeynalov çıxışlarında Böyük Vətən müharibəsində Qələbənin tarixi əhəmiyyətindən, sovetlər birliyinin tərkibində olan Azərbaycan xalqının fədakarlığından, habelə çəkdiyi əziyyətlərdən, verdiyi itkilərdən danışıblar. Bildirilib ki, təkcə Ağsu rayonundan cəbhəyə 3221 nəfər yola salınıb, onlardan yalnız 1564 nəfəri geri qayıdıb.

Görüşdə veteranlara “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı, habelə rayon icra hakimiyyətinin pul mükafatı təqdim olunub.

Tədbirdə çıxış edən veteranlar Əlimövsüm İmanov və Əlməhəmməd Məmmədov cəbhə xatirələrindən danışıb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Medal və pul mükafatı xəstə olduğu üçün görüşə gələ bilməyən veteran, 95 yaşlı Əlpənah Şirəliyevə yaşadığı evdə təqdim edilib.

Keçidlər