Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

03 noyabr 2021 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
   Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, sonra Ağsu şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.
  Ağsu Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarının böyük marağına səbəb olan Zəfər Gününə həsr olunmuş video-çarx və rayon məktəblilərinin ifasında şer kompazisiyası nümayiş etdirilib. 
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət-güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi Şanlı Zəfərin əldə olunması ilə nəticələndi. Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbələr haqqında çoxlu kitablar yazılacaq, filmlər çəkiləcək.
  Qeyd edib ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə işğal altındakı ərazilərimiz yağılardan təmizləndi, düşmənin bütün hərbi texnikası darmadağın edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
  Tədbirdə çıxış edənlər Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Ağsu rayonundan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.


Keçidlər