Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon Mərkəzi Kitabxanasında Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılmış Xocalı soyqırımının 23-cü ildönümü anılıb.

26 fevral 2015 | 11:00

Tədbirdə tarixçilər, ziyalılar çıxış edərək Azərbaycan xalqının 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıblar. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər nəinki azərbaycanlılara, bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Xocalı soyqırımı zamanı 613 dinc sakin öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyi qeyd edilib, işğal altındakı torpaqlarımızın azad olunacağına əminlik bildirilib.

Tədbirdə Xocalı soyqırımından bəhs edən sənədli film göstərilib.

Keçidlər