8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar əl işləri və rəsm sərgisi, idmançıların nümunəvi çıxışlarından ibarət kompazisiya təşkil edilib
Ağsu rayonunda 8 Noyabr - Zəfər günü silsilə tədbirlərlə qeyd olunur. Belə ki, 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Heydər Parkında əl işləri və rəsm sərgisi, idmançıların nümunəvi çıxışlarından ibarət kompazisiya, Musiqi məktəbinin özfəaliyyət xor və rəqs kollektivlərinin çıxışı və bayram gəzintisi təşkil edilib.
Bayram tədbirində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, iştirakçıları, gənclər, ictimayyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Parkına gələrək Zəfər gününə həsr olunmuş sərgiyə, özfəaliyyət kollektivləri və idmançıların çıxışlarına baxıblar. Gənc idmançıların nümunəvi çıxışlarına, eləcə də rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əkis etdirən, rəngli boya ilə çəkilən rəsm sərgisinə tamaşa ediblər. Heydər Parkına gələn rayon sakinləri də şən bayram əvali-ruhiyəsi altında çıxışları izləyiblər.







