Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər günü ilə əlaqədar 05.11.2026-cı il tarixdə Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib

05 noyabr 2026 | 18:49

      8 Noyabr – Zəfər günü ilə əlaqədar 05.11.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və RİH-nin nümayəndələrinin iştirakı ilə Ağsu şəhərində, Ülgüc və Bozavand kəndlərində Vətən müharibəsi şəhidlərinin ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Ağsu şəhərində şəhid Cəfərov Sübhan Mehman oğlunun, Ülgüc kəndində şəhid Cavadzadə Şaiq Faiq oğlunun və Bozavand kəndində şəhid Hüseynov Əzizağa Nizami oğlunun ailələrində görüşlər keçirilmişdir.   

      Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.

      Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər