Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Gəgəli kəndindən olan şəhidlərin məzarları ziyarət edilib

13 oktyabr 2021 | 11:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Tahir Kərimli və rayonun rəhbər şəxsləri oktyabrın 13-də Gəgəli kəndindən olan şəhidlərin məzarlarını ziyarət ediblər. Tədbir iştirakçıları tərəfindən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, torpaqlarımızın erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib və şəhidlərimizin qanının yerdə qalmadığını bildirib.
  Şəhid ailələri dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 
Keçidlər