Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Hazırcavablar” milli intellektual oyunu keçirilib.

22 aprel 2015 | 10:00

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ağsu şəhərindəki Gənclər Evində keçirilən bilik yarışında 11 ümumtəhsil məktəbinin komandası iştirak edib. “Hazırcavablar” intellektual oyunun qaydalarına əsasən hər bir komandaya 50 sualdan ibarət “Sual kartı” paylanılıb və cavab üçün 30 dəqiqə vaxt verilib.

Cavablar münsiflər heyəti tərəfindən yoxlanılıb. Bilik yarışının nəticələrinə görə şəhər 3, 2 və 4 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.

Qalib komandalara rayon gənclər və idman idarəsinin qiymətli hədiyyələri verilib.

Keçidlər