Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Zülfüqarov İlkin Nürəddin oğlunun doğum günü və adına inşa edilmiş bulağın açılışı ilə əlaqədar tədbir keçirilib

08 avqust 2021 | 11:00

08 avqust 2021-ci ildə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Gursulu kəndində Vətən müharibəsi şəhidi Zülfüqarov İlkin Nürəddin oğlunun doğum günü və onun adına inşa edilmiş bulağın açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nürəddin İslamov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndəsi Turan Qasımzadə, şəhidin ailəsi, ziyalılar və kənd sakinləri iştirak etmişlər.
  Mərasim iştirakçıları ilk öncə şəhidin Ağsu rayonu Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət etmiş önünə gül dəstələri qoyub, şəhidin ailə üzvlərinə başsağlığı veriblər.
  Daha sonra tədbir şəhidin doğulub boya-başa çatdığı Gursulu kəndində davam etmişdir. Belə ki, Gursulu kəndində şəhidin adına inşa edilmiş bulağın açılışı mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən B.Məmmədov Vətən müharibəsi şəhidi İlkin Zülfüqarovun həyat yolu haqqında məlumat vermişdir. Bildirmişdir ki, Zülfüqarov İlkin Nürəddin oğlu 8 avqust 1989-cı ildə Ağsu rayonunun Gursulu kəndində  anadan olmuşdur. 2007-2009-cu illərdə həqiqi  hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan sonra İlkinin vətən sevgisi onu ordu sıralarına qoşulmağa sövq etmişdir. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlananda şəhidimiz İlkin Zülfüqarov da döyüşlərə qatılmışdır. O, bir neçə istiqamətdə gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Zülfüqarov İlkin Nürəddin oğlu Ağsu rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
  Tədbirdə şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər