Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2021 | 11:00

Ağsu rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkına gələrək, Ulu Öndərin abidəsini ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər.
  Rayon icra hakimiyyətində keçirilən yığıncağı başçısının birinci müavini Füzuli Kərimli açaraq dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb.
  Tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda müstəqillik qazanan Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri qeyd olunub.
  Bildirilib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatları, qazanılan uğurları diqqətə çatdıran natiqlər bu sahədə Prezident cənab İlham Əliyevin gördüyü tədbirlərdən də ətraflı bəhs ediblər. Qeyd olunub ki, bu gün respublikamızda, o cümlədən Ağsu rayonunda dövlət qulluğu üçün kadrların seçilməsi, yerləşdirilməsi, onların ixtisas hazırlıqlarının artırılması, attestasiyası, sosial müdafiəsi və digər məsələlər diqqət mərkəzindədir. Bildirilib ki, hazırda rayonda 142 nəfər dövlət qulluqçusu var. Rayonda gənc kadrların dövlət qulluğuna irəli çəkilməsinə daha çox diqqət yetirildiyi vurğulanıb. 
  Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərə rayon icra hakimiyyətinin Fəxri Fərmanları verilib.

 

Keçidlər