Ağsu rayonunda barama qəbuluna başlanılıb
Ağsu rayonunda kümçülər yeni istifadəyə verilən barama emalı məntəqəsində yetişdirdikləri məhsulun təhvilinə başlayıblar. Baramaçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Cari ildə rayonda 62 kümçü tərəfindən 120 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Yetişdirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul olunur.
Barama qəbulunun ilk günündə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, əlaqədar təşkilatların nümayəndələri, mütəxəssislər də məntəqəyə gəlib, kümçülərlə görüşüb, təhvilvermə prosesi ilə maraqlanıblar. RİH başçısı kümçülərlə görüşdə rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsində onlara uğurlar arzulayıb, bu sahədə lazımi köməyin göstəriləcəyini bildirib.