Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı naziri Ağsu rayonunun kənd təsərrüfatı müəssisələrində olub, fermer təsərrüfatlarına baş çəkib

27 may 2021 | 11:00

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birlikdə rayondakı kənd təsərrüfatı müəssisələrinə baş çəkib, taxıl biçininə hazırlıq işləri ilə tanış olub, intensiv bağlarda və heyvandarlıq məüssisələrində görülən işlərlə maraqlanıb.
  Ağsu rayonunda yeni baramaqurutma məntəqəsi inşa edilərək istifadəyə verilib. 2021-ci il mövsümündə müəssisədə ilk dəfə ipəkqurdu toxumunun inkubasiyası həyata keçirilmiş, kümçülərə paylanılmışdır. Kümçülərdən alınacaq yaş barama bu müəssisədə toplanaraq “Azərİpək” ASC-yə təhvil veriləcəkdir.
  “Aqroservis” ASC-nin Ağsu rayon bölməsində taxıl biçininə hazırlıq prosesi ilə əlaqədar kombaynlara texniki baxış başa çatıb, təmir işləri yekunlaşıb.
  Rayonda son illər dövlət dəstəyi ilə intensiv bağların salınmasına maraq artmışdır.   Bu istiqamətdə müasir üsulla salınmış alça bağında məhsul yığımına başlanıb. 11 hektar sahədə salınmış bağda müasir damla sulama sistemi quraşdırılıb, hər hektara vegetativ calaqaltısı olan 880 ting əkilib. 
  42 hektar sahədə salınmış intensiv badam bağında məhsul yığımı ərəfəsində son aqrotexniki işlər aparılır. Cərgələr arasında şum aparılır, dərmanlama həyata keçirilir. Rayonun təbii-coğrafi iqlim şəraiti alça, badam, nar, əncir, zeytun yetişdirməyə imkan verir.
  Sonra rayonundakı müasir heyvandarlıq müəssisəsinə baş çəkilib, görülən işlərlə tanış olunub.

Keçidlər