Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

10 may 2021 | 11:00

Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ağacəkmə aksiyasında ayrı-ayrı idarə və təşkilatlardan 190 nəfər iştirak edib. Ağac əkini Ağsu seyrəngahında, Qəhrəmanlar kompleksində, Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərin ərazisindən keçən hissəsinin kənarında, Natəvan və M.Ə.Rəsulzadə küçələrində aparılıb. Aksiya zamanı əsasən yerli şəraitə uyğun göyrüş, çinar, eldar şamı və digər ağac növlərindən olan 700 ədəd ting əkilib. Aksiyada rayon sakinləri fəal iştirak ediblər. Əkilən tinglər suvarılıb, mühafizəsi üçün tədbirlər görülüb.

Keçidlər