Şriftin ölçüsü :

Saytın rəngi :

8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli mərasim keçirilib.

06 mart 2015 | 11:00

Bayram süfrəsi arxasında təşkil olunan mərasimdə Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edilib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatında, beynəlxalq aləmdə qazanılan uğurlardan danışılıb, bütün bu nailiyyətlərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında qadınların da fədakar rolu diqqətə çatdırılıb.

Vurğulanıb ki, hazırda Ağsu əhalisinin, demək olar ki, yarısını qadınlar təşkil edir. Təkcə idarə, müəssisə və təşkilatlarda 2024 nəfər qadın çalışır. Onlardan 27 nəfəri dövlət qulluğundadır. 100 nəfər qadın bələdiyyə üzvü, 27 nəfər isə bələdiyyə sədridir. Ümumiyyətlə Ağsu qadınları rayonun ictimai-mədəni həyatında fəallıq göstərirlər.

Bayram mərasimi konsert proqramı ilə davam edib.

Sonda qadınlara bayram hədiyyəsi verilib.

Keçidlər