Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub

09 may 2021 | 11:00

Ağsu rayonunda İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub. Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən, ağsaqqalların, gənclərin qatıldığı tədbirin iştirakçıları öncə “Qəhrəmanlar parkı” abidə kompleksinin önünə gül-çiçəklər düzüb, faşizm üzərində qələbədə qurban gedən həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.
  Tədbir şəhərin mərkəzində Veteranlar evində təşkil olunan çay süfrəsi arxasında davam etdirilib. Ağsu RİH-nin başçısı cənab Rövşən Bağırov çıxışında faşizm üzərindəki qələbənin Azərbaycan xalqı üçün heç də az itkilərlə qazanılmadığını diqqətə çatdırıb. 1941-1945-ci il müharibəsinin və onun nəticələrinin bu gün gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. İcra başçısı ölkəmizdə İkinci Dünya müharibəsinin iştirakçılarına göstərilən diqqət və qayğıdan danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il də müharibə iştirakçılarının, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verildiyini söyləmişdir. Bu il 9 May - Qələbə Gününün yüksək əhval-ruhiyyə ilə qeyd edildiyini diqqətə çatdıran natiq xalqımızın uzun illərdən bəri arzusunda olduğu və həsrətlə gözlədiyi günə qovuşduğunu vurğulayıb. Bildirib ki, ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə tarixi qələbə ilə başa çatan Vətən Müharibəsində erməni işğalçıları torpaqlarımızdan qovuldu, Qarabağımız azad edildi.
  Çıxış edən ağsaqqallar bu gün ölkəmizdə veteranlara göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.


Keçidlər